Xidmətlər

Biz hər bir məsələni üç əsas mərhələdə nəzərdən keçiririk:

JabCo komandası geniş ekspert bazamız ilə birlikdə müxtəlif mövzularda biznes həlləri təqdim edir. Bizim unikal metodologiyamız və problemin həllinə yanaşmamız təkliflərimizi həm spesifik, həm də bir çox sahələrdə universal şəkildə tətbiqini mümkün edir.

jabco-services-diagnose

Müştərinin qarşılaşdığı problemləri və imkanları diaqnostika edirik + -

Müştəri ilə qarşılıqlı əməkdaşlığımızın ilkin mərhələsi çətinliklərin və imkanların diaqnostikasıdır.  Ənənəvi metodologiyadan kənara çıxaraq, müştəri təcrübəsi də daxil olmaqla məhsulun inkişafının tam zəncirinin təhlilini təqdim edirik. Mərhələnin sonunda vəziyyətin “360-dərəcə” qiymətləndirməsini əhatə edən ümumi hesabat hazırlayırıq.

Praktiki optimallaşdırma həlləri təklif edirik + -

Diaqnostikadan əldə edilmiş 360 dərəcə situasiya hesabatına əsasən, biz hər müştəri üçün unikal optimallaşdırma modelləri və həlləri yaradırıq. Həm keyfiyyət, həm də kəmiyyətə əsaslanan təhlillərimiz bizə müştərilərimizin prioritetləri və istəklərinə uyğun olan ən optimal həllər hazırlamağa imkan verir. 

jabco-services -implemantation

İcra mərhələsində müştəriləri müşayiət edirik + -

Sonuncu olan bu mərhələyə optimallaşdırma planının icrasına monitorinq və ya proqnozlaşdırılan KPI-lərə münasibətdə təklifin tərəfimizdən birbaşa tətbiqi daxildir.  Komandamız müştərilər arzuolunan nəticəyə çatanadək onlara köməklik göstərir.

 

 

Bizim vasitəmizlə müştərilərimiz geniş texniki-iqtisadi əsaslandırmalar, məlumatların təhlili, hər bir mərhələdə əsas fəaliyyət göstəricilərinin (KPI) yaradılması və kaskadlaşdırılması, biznes proseslərinin optimallaşdırılması və modelləşdirilməsi, həmçinin maliyyə, risk və məlumatların qiymətləndirilməsini əldə edir. 

Şirkətinizin inkişaf mərhələsindən və problemin mürəkkəbliyindən asılı olmayaraq, məsləhətə ehtiyacınız olarsa, Jabco ilə əlaqə saxlamaqdan çəkinməyin!

Bizimlə əlaqəyə keçin

Analitikaya əsaslanan və ölçülə bilən həllərin gücündən faydalanın!

Layihəniz var?

Do not hesitate to say