Haqqımızda

İnkişaf və Uğur üçün Əməkdaşlıq

Regional və qlobal bazarlarda onillik təcrübəmizdən çıxış edərək, JabCo şirkətində biz analitikanın gücünə güvənirik və əminik ki, peşəkar xidmətlər təkcə səliqəli yazılmış skriptlərdən ibarət olmamalıdır. Bu xüsusda, sözügedən ideya ətrafında bir araya gələn komandamız ölçülə və həyata keçirilə bilən həllər təqdim edir. Biz müştərilərimizə şablonlar yox, bütöv bir fəaliyyət planı veririk!

Göstərdiyimiz xidmətlərin ölçülə bilən olması işimizi tam şəffaf edir. İşləyərkən iri həcmdə məlumatları emal etməyimizə baxmayaraq, sizə nəticələri aydın şəkildə təqdim edirik. Deduktiv metodlardan istifadə edərək, biz böyük mənzərəni müxtəlif prizmalardan göstərir və mürəkkəb məsələləri kiçik, idarə oluna bilən parçalara bölürük, çünki əsl innovasiyanın sadəlikdə gizləndiyinə inanırıq.

Müştəri məmnuniyyəti işimizin əsas prinsipidir və hərdaim mükəmməlliyə can atırıq. Jabco-nun uğuru müştərilərimizinki ilə düz mütənasibdir; bu səbəbdən sizin davamlı inkişafınızda maraqlıyıq. Biz biznes proseslərini optimallaşdırır və ehtibarllı modellər yaradırıq. Çoxşaxəli təcrübəmiz və qabaqcıl metodologiyalarımız prosesləri tez və itkisiz uyğunlaşdırmağa imkan verir və tətbiq olunan strategiyanın uğurunu mütləq edir.

Biz rəqəmləri biznesinizi yüksəldəcək və satışlarınızı artıracaq şəkildə təhlil edirik. Həmçinin geniş ekspert bazası tərəfindən dəstəklənən komandamız təşkilatınızdakı problemlər və imkanların diaqnostikasını aparır, praktiki optimallaşdırma strategiyaları təklif edir və icra mərhələsində sizə köməklik göstərir. Jabco müştəriləri təkliflərimizin ümumi çərçivəsini əvvəlcədən bilir, beləliklə əməkdaşlıqda istənilməyən sürprizləri aradan qalxır və iş həcminin şəffaflığı təmin olunur. 

Jabco ənənəvi konsaltinq xidmətlərindən kənara çıxır. Böyük, ya kiçik, şirkətimiz hər bir müştərinin ehtiyac və baxışlarına uyğunlaşdırılmış unikal yanaşma təqdim edir. Nəhayət, Jabco uğurunuzu uzunmüddətli edəcək təkliflər irəli sürür və beləliklə, müştərilərimizlə davamlı əməkdaşlığı hədəfləyir.

Missiya

Missiyamız müştərilərə inkişafa aparan, göstəriciləri optimallaşdıran və davamlı inkişafə təmin edən innovativ həllər və tövsiyələr təqdim etməkdir.

Vizyon

Vizyonumuz Azərbaycanda və onun hüdudlarından kənarda hərtərəfli biznes həlləri təqdim edən lider şirkət olmaqdır. Xüsusi analitik yanaşma, qətiyyətli iş etikası və müştərilərimizə verdiyimiz dəyər vasitəsilə biz həm yerli, həm də regional bizneslər üçün etibarlı istinad nöqtəsi olmağa çalışırıq.

Bizimlə əlaqəyə keçin

Analitikaya əsaslanan və ölçülə bilən həllərin gücündən faydalanın!

Layihəniz var?

Do not hesitate to say